İyunun 21-də Tofiq Yaqublunun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan prosesi təxirə salınıb. Səbəb hakimlərdən birinin səhhətindəki problemlərə görə prosesdə iştirak edə bilməməsi olub.
Tofiq Yaqublu 14 dekabr 2023-cü ildə dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz hazırlanması, saxta sənədlərdən istifadə ittihamı ilə həbs edilib.
Tofiq Yaqublu ittihamları uydurma adlandırıb. Əvvəllər də siyasətçi dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV