“Ya həbslərin başında İlham Əliyev durur, ya da ona xəbər vermirlər”



“Ya bu həbslərin başında İlham Əliyev özü durur, ya da ona məlumat vermirlər”

Həbsdə olan jurnalist Süleyman Osmanoğlunun həyat yoldaşı Arzu Rzayeva Time TV-yə ailəsinin məruza qaldığı təzyiqlər, həyat yoldaşının sağlamlığındakı problemlər, görüşlərinə yaradılan maneələrlə bağlı video müraciət göndərib. Video müraciəti olduğu kimi təqdim etməyə qərar verdik.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi “Demokratik.az” saytının redaktoru Osman Nərimanoğlunu bu il yanvarın 25-də 6,5 il həbsə məhkum edib. Jurnalist məhkəmə hökmündən apellyasiya şikayəti verib.

Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə rüşvət tələb etmək ittihamı ilə həbs olunub. O, həbsindən sonra bildirib ki, ittihamlar uydurmadır, rəhbərlik etdiyi saytda korrupsiya faktları ilə bağlı məlumatlar dərc olunan Goranboy və Göygöl rayonunun Meliorasiya İdarəsinin məmurları və həkimlər tərəfindən ona böhtan atılıb.

Time TV

leave a reply

MENU
Menu