Vətəndaş benzin içdi: “Mən borclarıma görə artıq rayona qayıda bilmərəm”



Quba rayon Çayqışlaq kənd sakini Elşən Müslümov yenidən Prezident Administrasiyasi qarşısında etiraz edib və benzin içərək cəhd edib.
Vətəndaşın sözlərinə görə, 2 gün öncə etdiyi etirazın nəticəsində polis əməkdaşları onu qəbul aparıblar, orada problemini dilə gətirib. Lakin, polis əməkdaşları getdikdən sonra E.Müslümov qəbuldan uzaqlaşdırılıb.

E.Müslümov 4 uşaq atasıdır, özü də xəstədir. Deyir ki, 2019-cu ildə evi yanıb və təmirə yardım etmələri üçün aidiyyatı qurumlara müraciət edib, lakin müraciətləri nəticəsiz qalıb. Buna görə də bankdan kredit götürüb, üstəlik tikinti materialları mağazasına da borclanıb. Vətəndaşın sözlərinə görə, əlillik təyinatı ala bilmək üçün də müraciət edib və ondan rüşvət tələb edilib. 4 aydır ki, ödəyə bilmədiyi kredit borcu səbəbi ilə vətəndaşı həbs təhlükəsi gözləyir.
Həm ailənin maddi xərclərini, həm də öz müalicə xərclərini qarşılaya bilməyən E.Müslümov int*hara belə əl atdığını bildirir.
Vətəndaş aidiyyatı qurumlara müraciətlərinin nəticəsiz qalması səbəbi ilə artıq imkanlı şəxslərdən yardım istəyir.

Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!

Time TV

leave a reply

MENU
Menu