Tayvanda baş verən güclü zəlzələ nəticəsində azı 9 nəfər ölüb, 820-dən çox insan yaralanıb, 50 nəfər itkin var. Hələ də insanlar tunellərdə və ya binalarda qalıblar. Zəlzələ 7,2 bal gücündə olub və bu, Tayvanda son 25 ilin ən güclü zəlzələsi sayılır.
Qeyd edək ki, zəlzələ yerli vaxtla səhər saat 8 radələrində baş verib. Zəlzələnin episentri sahilyanı Hualien şəhərindən 25 kilometr aralıda dənizdə olub. Böyük zəlzələdən bir neçə saat sonra yüzdən çox yeraltı təkan qeydə alınıb.
Burdaykən kanala dəstək üçün bəyənib paylaşmağı və teleqram kanalımıza abunə olmağı lütfən unutmayın.
https://t.me/TimeTVAzerbaycan
@TimeTVAzerbaycan #timetvazerbaijan #timetvazərbaycan #Taiwanearthquake #Taiwan #earthquake
Time TV