Şikayət: Yevlax icra başçısı kəndilinin torpağını əlindən alıb çöllərə salıb



Time TV bildirir ki, bu gün Ədliyyə Nazirliyinin binası önündə Yevlax rayonu Qoyunbinəsi kəndindən gələn şikayətçilər Talçın Süleymanov və Xaliq Həsənov aksiya keçirməyə, nazir Fikət Məmmədovla görüşməyə cəhd göstəriblər. Şikayətçilər deyirlər ki, onlara qarşı haqsızlıq olub. Torpaq islahatı zamanı onlara verilən və 2020-ci ilə qədər mülkiyyətlərində olan torpaq sahəsi əllərindən alınıb. Yerli bələdiyyə onlara maneçilik edir. Bələdiyyədən deyirlər ki, icra hakimiyyətindən onlara təzyiq edirlər. Onlar Yevlax rayon İcra Hakimiyyəti başçısı Anar Tağıyevin qəbulunda olublar. Tağıyev onları dinləmək istəməyib. Deyib ki, sahə onsuz da hərraca çıxarılaraq əlinizdən alınacaq. Gedin kimə istəyirsiniz deyin. Şikayətçilər də paytaxta gələrək ədliyyə naziri Fikrət Məmmədova və ölkə başçısı İlham Əliyevin qəbuluna düşməyə çalışırlar.

Time TV

leave a reply

MENU
Menu