Polis vətəndaşa “iş yükləyir”?



İsmayıl Qəhrəmanov oktyabrın 6-ı polislər tərəfindən saxlanılıb və 36-cı polis bölməsinə aparılıb.

Şikayətçinin qardaşı İbrahim Qəhrəmanovun Time TV-yə verdiyi açıqlamaya görə, onlara xəbər verilmədən İsmayıl 4 gün bölmədə saxlanılıb və söyülüb. O deyir ki, qardaşının döyülməsinə səbəb törətmədiyi əməli boynuna almaması olub.

“Gözlərinin altı qaradır, bədənində ciddi xəsarətlər var, özü bizə dedi ki, 2 gündür ağzından qan gəlir”.

İ.Qəhrəmanovun sözlərinə görə ordenli vəkilləri polis bölməsinə buraxılmayıb. Səbəb olaraq rəisin şöbədə olmaması göstərilib.

Daha sonra narkoloji testdən keçirilən İsmayıl Qəhrəmanovun qanında narkotik maddə tapılıb. O, məhkəməyə gətirilib və barəsində 300 manat cərimə hökmü oxunub. Şikayətçi cəriməni yerində ödəsə də bir neçə maşınla gələn polis əməkdaşları onu məhkəmənin çölündə gözləyirmiş. Məhkəmə şəxs barəsində azadlığa buraxılma qərarını çıxarsa da, polislər bununla qane olmayıb və İsmayılı yenidən zorakılıqla 36-cı polis bölməsinə aparıblar. Məsələylə bağlı münasibət bildirməsi üçün edilən zənglərə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev cavab verməyib.

Time TV

leave a reply

MENU
Menu