“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdəki üzvü Məhəddin Orucov 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 gün müddətinə həbs edilmişdi. O azad edildikdən sonra həbsinin əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi olduğunu bildirib. Orucov həmçinin polis bölməsində döyülməsindən və qeyri-insani rəftara məruz qalmasından şikayət etmişdi.
13 dekabr tarixində isə Məhəddin Orucov külli miqdarda narkotik vasitənin dövriyyəsində (Azərbaycan CM-in 234.4.3-cü maddəsi) ittiham olunaraq həbs edilib.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV