“Məmurlar kresloda oturub pul yığmaqla məşğuldurlar. Torpaq uğrunda şəhid olmuş zabitə isə qəbir yeri tapılmır”
Övladları qeyri döyüş şəraitində bu və ya digər şəkildə həyatını itirən əsgər və zabitlərin ailə üzvləri Prezident Administrasiyasının önündə növbəti etiraz aksiyası keçirdilər. Aksiyaya səbəb onların övladlarına şəhidlik statusunun verilməməsi və dəfələrlə etdikləri çıxış və şikayətlərə məhəl qoyulmamasıdır.
Aksiyadan sonra valideynlər sosial media platforması vasitəsi ilə ölkə prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Video materialı olduğu kimi sizə təqdim edirik.
#timetvazerbaijan #xanlarvəliyev #hərbiprokurorluq
Time TV