ORT-də Putinə qarşı üsyan



ORT-nin canlı yayımında müharibəyə etiraz edən qadın – kanalın əməkdaşı, efir redaktoru Marina Ovsyannikovadır.
O, daha öncədən bir videomüraciət hazırlayıb. Onu efirdəki etiraz aksiyasından sonra həbs ediblər. Video müraciətində isə o, bunları deyib:
“Hazırda Ukraynada baş verənlər cinayətdir. Bu cinayətin məsuliyyətini yalnız bir nəfər daşıyır: Vladimir Putin. Mənim atam ukraynalıdır, anam rusdur. Rusiya bu qətliamı dərhal dayandırmalıdır. Çox təəssüf ki, son bir ildə ORT-də çalışıram, Kremlin təbliğatı ilə məşğulam və buna görə çox utanıram. Utanıram ki, televiziya ekranından yalan danışırıq. Utanıram ki, xalqı zombiləşdirməklə məşğuluq.” Çıxışının sonunda o hər kəsi mitinqə çıxmağa çağırıb.

Time TV

leave a reply

MENU
Menu