Bu gün, 18 aprel tarixində sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin müəllimləri, onların valideynləri və orada təhsil alan şagirdlərin valideyni Elm və Təhsil Nazirliyi qarşısında etiraz edib. Şagirdlərin valideyni övladlarına qarşı pis rəftardan, müəllimlərin valideynləri övladlarının haqsız töhmət alması və işdən çıxarılmasından, müəllimlər isə şəxslərinə qarşı göstərilən ədalətsiz münasibətdən şikayətçidirlər. Hər bir müsahibin Elm və Təhsil Nazirliyi qarşısına gəlmə səbəbi fərqli olsa da, şikayətçi olduqları şəxs eynidir: sözügedən məktəbin direktoru Tariyel Əkbərov. Valideyn Kamil Şabanovun sözlərinə görə direktorun özü barəsində cinayət işi açıldığı halda hələ də vəzifəsində qalır.
Bu valideyn və müəllimlərin ilk etirazı deyil. Onlar ayrı-ayrılıqda və ya birlikdə Elm və Təhsil Nazirliyi qarşısında dəfələrlə etiraz edib, nazir Emin Əmrullayevlə görüş tələb ediblər. Lakin, bu gün də daxil olmaqla, heç bir müraciətlərinin nəticəsində tələblərinə müvəffəq ola bilməyiblər.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV