#əlikərimli #axcp #salyan
Qeyd edək ki, AXCP Salyan rayon təşkilatının sədri Elzamin Salayev bıçaqla bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək 7 fevral tarixində həbs edilib. Hadisənin Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verdiyi bildirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Qaradağ RPİ əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.
Elzamin Salayev və Azərbaycan Xalq Cəbhəsi Partiyası olayın siyasi təqib olduğunu bildirir.
Burdaykən kanala dəstək üçün bəyənib paylaşmağı, yeni yaratdığımız teleqram kanalına abunə olmağı unutmayın lütfən!
https://t.me/TimeTVAzerbaycan
Time TV