Məktəbli övladı döyülərək öldürülən ana etiraz edir



Tərtər rayon sakini Nigar Əliyeva Prezident Administrasiyası qarşısında etiraz edib. Onun sözlərinə görə, Tərtər rayon 2 saylı orta məktəbin 10-cu sinif şagirdi olan övladı Aslan Əliyev, həmin rayonun 5 nömrəli orta məktəbinin 9-cu sinif şagirdi və onun yaxınları tərəfindən döyülərək öldürülüb. Nigar Əliyevanın sözlərinə görə, övladı aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Vətəndaş hadisənin cinayət olduğundan əmin olsa da, ekspertiza rəyində Aslan Əliyevin ürək və ağciyər çatışmazlığından vəfat etdiyini bildirilib. Nigar Əliyeva bu rəylə razılaşmır, övladının cinayətində əli olanların həbsini tələb edir.

Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!

Time TV

leave a reply

MENU
Menu