Məclis infonun rəhbəri İmran Əliyev məhkəmədən belə çıxarıldı



İyunun 13-də Xətai Rayon Məhkəməsində “Meclis.information”nun rəhbəri İmran Əliyevin məhkəmə prosesi keçirilib. Onun həbs müddəti 2 ay 7 gün uzadılıb.

Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə təqsirləndirilən İmran Əliyev barəsində 19 aprel tarixində Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Sayt rəhbərinin zorakılığa məruz qaldığı, məhkəməyə gözünün altı göyərmiş şəkildə gətirildiyi bildirilir.

İmran Əliyevin yaxınlarının məlumatına görə o, “Abzas Media işi” üzrə həbs edilib.

Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!

Time TV

leave a reply

MENU
Menu