İlham Əliyevlə bağlı suala görə, 30 gün həbs



Time TV-yə daxil olan məlumata görə, 12 avqustda Caspian PlatForumda AXCP sədri Əli Kərimlinin mühazirəsinə qatılıb ona İlham Əliyevlə bağlı sual verən Maqsud Əliyev adlı gənc 14 avqustda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. Ardınca ona 30 gün inzibati həbs cəzası verilib. Olaydan xəbər tutan atası Maqsud Əliyevlə görüşə getsə də, amma görüşə icazə verməyiblər. Bəzi məlumatlara görə, saxlanılarkən Maqsud Əliyev polis bölməsində ağır işgəncələrə məruz qalıb.

Time TV

leave a reply

MENU
Menu