İlham Əliyev Almaniyada səfərdədir. O, “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən birbaşa Berlina səfər edib. Diplomatik qaynaqlardan bildirildiyinə görə, İlham Əliyevlə Azərbaycandakı repressiyalarla bağlı da müzakirə aparılması gözlənilir. Avropa Parlamentinin dünən qəbul etdiyi qətnamənin tələbləri onun diqqətinə çatdırılacaq. Bildiriləcək ki, tələblər yerinə yetirilməsə, Azərbaycan məmurlarına sanksiya tətbiq olunacaq.
#IlhamAliyev #OlafScholz #EuropeanParliament #15thPetersbergClimateDialogue #timetvazerbaijan #timetvazərbaycan
Time TV