“Həbsdə əlil adama bu cür davranırlarsa, sağlamlara necə davranarlar?!”



Həbsdə olan I qrup əlil olan Famil Xəlilov artıq 1 həftədən çoxdur ki, aclıq aksiyası keçirir. Həyat yoldaşı bildirir ki, əlilliyinə görə ağır dərmanlar qəbul edən F.Xəlilovun səhhəti getdikcə ağırlaşır.

Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!

Time TV

leave a reply

MENU