Latviyada minlərlə insan küçələrə çıxdı



Time TV bildirir ki dünən Latviyada müxtəlif regionlardan minlərlə insan əllərində məşəl tutaraq paytaxt Riqaya yürüş ediblər. Uşaqlar, gənclər, yaşlılar və onlarla yanaşı hərbi birliklər Riqadakı Azadlıq abidəsinin önündə toplaşıblar. Ölkə rəhbərliyi və ictimai-siyasi xadimlər çıxışlar ediblər. Latviyanın müstəqillik əldə etməsinin 106-cı ildönümü tədbirlərinin sonunda fişənglər atılıb.
Məlumat üçün bildirək ki, 1-ci dünya müharibəsi zaman Almaniya ordusu Latviyanı işğal edib. Lakin müharibədki məğlubiyyət onların Latviyanı tərk etməsilə nəticələnib. 1918-ci ilin noyabrında ölkə rus-bolşevik işğalına məruz qalıb. 1919-cu ilin noyabrında Latviya ordusu Riqanı azad edərək ölkənin müstəqilliyini elan edib. 1920-ci ilin avqustunda Sovet İttifaqı ilə sülh müqaviləsi bağlandı. Ruslar Latviyaya qarşı “bir daha heç vaxt iddia irəli sürməyəcəklərini” bildirdilər. Ancaq ruslar sözlərinin üstündə durmadılar. 1940-cı ildə Sovet Rusiyası Sovet Sosialist Respublikalar İttifaqı adından Latviyaya ultimatum verdi. Ardınca ölkə işğal olundu və yalnız 1991-ci ildə, SSRİ dağıldıqdan sonra müstəqilliyini yenidən bərpa etdi.
Baltik dənizi ölkələrində ən çox azərbaycanlının yaşadığı ölkə Latviyadır. 4 mindən çox azərbaycanlının yaşadığı Latviya respublikası bir çox azərbaycanlılar üçün ikinci vətən sayıla bilər.

#timetvazerbaijan #timetvazərbaycan
#рига #rīga #lāpugājiens #latvija #латвия #latviya #EmbassyofLatviainAzerbaijan #LatvianMFA #EdgarsRinkēvičs

Time TV

leave a reply

MENU