Məhbus jurnalistin xanımı : “Hikmət Hacıyev yoldaşımın təqsirini sübut etsin!”



Kanal 13″ internet televiziyasının rəhbəri Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham olunan Əziz Orucovun daha sonra cinayət işinə 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi də əlavə edilib. Əziz Orucov ittihamları qəbul etmir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Həyat yoldaşı Əziz Orucovun həbsxanada səhhətinin getdikcə pisləşdiyini bildirir. Bundan əlavə ailə bir ilə yaxındır ki, həbsdə olan Orucovun istintaq müddətinin heç bir istintaq hərəkəti aparılmadığı halda təkidlə uzadılmasından da narazıdır

Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!

Time TV

leave a reply

MENU