44 gündür ki, aclıq aksiyası keçirən I qrup əlil Famil Xəlilovun məhkəmə prosesi



26 sentyabr tarixində, Bakı Ağır Cinayətlər Məhkəməsində I qrup əlil Famil Xəlilovun məhkəmə prosesi keçirilib.

Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və 2023-cü ildə Azərbaycana readmissiya olunub.

Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Famil Xəlilov bu ittihamları qəbul etmir, həbsinə etiraz olaraq 44 gündür ki, aclıq aksiyası keçirir.

Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!

Time TV

leave a reply

MENU