Qazaxıstanda 6 ölkənin xüsusi təyinatlı qüvvələrinin təlimi
Sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətindəki Orda poliqonunda “Sonsuz qardaşlıq – III” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin açılışı olub.
Təlimdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlıları iştirak edirlər. İordaniya və Qırğızıstan Silahlı Qüvvələrinin nümayəndələri isə təlimi izləyirlər.
Təlimlərdə məqsəd bölmələrin idarə edilməsində operativ uyğunluğu təmin etmək, praktiki bacarıqları artırmaq, təcrübə mübadiləsi aparmaq və peşə bacarıqlarını inkişaf etdirməkdir.
Plana əsasən, taktiki, atəş, dağ-paraşüt, snayper hazırlığı üzrə təlimlər keçiriləcək. Sonra xüsusi təyinatlı bölmələr yaşayış məntəqəsində qanunsuz silahlı dəstələrin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirəcəklər.
Birgə təlimlərə zirehli texnika, ordu aviasiyası, pilotsuz uçan aparatlar və 300-ə qədər xüsusi təyinatlı hərbçi cəlb edilib.