Bir qrup fəal Müsavat Partiyası qərargahında siyasi məhbuslar üçün kitab kampaniyası təşkil edib. 2 gün davam edən kampaniyada 200-dən çox kitab toplandığı bildirilib.
Azərbaycanda 300-ə yaxın şəxs siyasi məhbus olaraq tanınır. Ümumilikdə, siyasi məhbuslar aşağıdakı qruplar üzrə təsnif edilib: Jurnalistlər və blogerlər, hüquq müdafiəçiləri , müxalifət partiyaları və hərəkatların üzvləri, Almaniyadan deportasiya olunan siyasi mühacirlər, dindarlar, “Tərtər işi” üzrə məhkumlar, “Gəncə işi” üzrə məhkumlarr və ömürlük məhkumlar.
Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV