Səbail Rayon Məhkəməsində Əhmədi Sülh və İşıq Dininin üzvləri Rüstəm Qasımlı və Nəriman Şabanzadə “xuliqanlıq” və “polis məmuruna tabe olmamaq” ittihamları ilə 30 sutka həbs cəzası verilib. Hər iki şəxs əvvəlcə Bakıda flayer yaydıqlarına görə saxlanılıblar.
Vəkil Zibeydə Sadıqova bildirib ki, hər iki şəxs saxlanılarkən zorakılığa məruz qalıb.
Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə ittiham olunub.
“510-cu maddə onları “xuliqanlıq”da ittiham edir – bu, fəalların dinc şəkildə flayerlər yaydığını və bütün hadisənin TikTok-da canlı olaraq sənədləşdirildiyini nəzərə alsaq, bu, hədsiz bir ittihamdır. Bu iş Azərbaycanda insan hüquqlarının və ifadə azadlığının vəziyyəti ilə bağlı ciddi narahatlıq doğurub.” – hərəkatın bəyanatında deyilir.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV