Hakimiyyət  “Abzas Media”nın İnternet resurslarının bloklandığını etiraf edib

Hakimiyyət  "Abzas Media"nın İnternet resurslarının bloklandığını etiraf edib

Hakimiyyət  “Abzas Media”nın İnternet resurslarının bloklandığını etiraf edib

Məhkəmənin qərarı ilə “Abzas Media” müstəqil onlayn nəşrinin saytına və bütün sosial media səhifələrinə giriş məhdudlaşdırılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətin rəisi Samir Rəsulov “Abzas Media işi” üzrə həbs olunmuş şəxslərin vəkillərinin sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, Cinayət-Prosessual Məcəllənin 64.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir.

“Abzas Media” onlayn media portalının internet informasiya ehtiyatlarına (Abzas.net, abzas.org İnternet saytları və həmin onlayn media portalının bütün sosial şəbəkə hesabları) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 29.11.2023-ci il tarixli qərarına əsasən məhdudlaşdırılıb”, – xidmət rəisi bildirib.

Vəkillər informasiya resurslarının bloklanması qərarını qanunsuz hesab edirlər və bu qərardan apellyasiya şikayəti vermək niyyətindədirlər.

Bununla belə, hazırda istifadəçilər abzas.info domeninə, həmçinin nəşrin Facebook https://www.youtube.com/, https://www.instagram.com/abzasmedia hesablarına daxil ola bilir.

Ona görə də nazirliyin nümayəndəsinin hansı məhdudiyyətlərdən danışdığı aydın deyil.

* Hakimiyyətin “Abzas Media”ya hücumu 20 noyabr 2023-cü ildə başlayıb. Altı əməkdaş həbs edilib, nəşrin fəaliyyəti bloklanıb.

Buna baxmayaraq, azadlıqda qalan həmkarları nəşrin işini Azərbaycanın hüdudlarından kənarda və sosial şəbəkələrdə davam etdirirlər.

Turan İA

leave a reply

MENU