29 may Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimovun məhkəmə prosesi keçirilib.
Teymur Kərimov hədə-qorxu ilə pul tələbetmədə ittiham olunur. Lakin, o özünü bu ittiham üzrə təqsirli hesab etmir. Jurnalist məhkəmə çıxışında bildirib ki, o bu ittihamı qəbul etməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb, zorlanmaqla hədələnib, buna görə də ittihamı boynuna alıb. Məhkəmə prosesi zamanı məlum olub ki, onun vəkili bir neçə ay öncə işgəncə halı ilə bağlı müraciət etsə də, prokurorluq iddia edib ki, deyilənlər sübuta yetirilməyib və cinayət işinə başlamaqdan imtina edilib.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV