Bu gün 8 may tarixində Xətai Rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb və vəsatət təmin olunmayıb. A.Məmmədlinin vəkili Elmar Süleymanov qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.
Anar Məmmədli qaçaqmalçılıq maddəsi ilə ittiham olunur və Xətai Rayon Məhkəməsinin qərarına görə, barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV