Kreml NATO-nun Polşaya göndərilən nüvə silahlarının prioritet hədəf olacağını bildirib

A bombed out building in Kharkiv on Wednesday - GETTY IMAGES

A bombed out building in Kharkiv on Wednesday – GETTY IMAGES

The Telegraph:  Kreml rəsmiləri xəbərdarlıq ediblər ki, NATO-nun nüvə silahları Polşada yerləşdirilsə, Rusiya üçün əsas hədəfə çevriləcək.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Bu istiqamətdə atılan addımlar Polşa və ya belə silahlara malik olan digər ölkələr üçün daha böyük təhlükəsizlik təmin etməyəcək” deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Alyansla müharibə olacağı təqdirdə Polşada yerləşdirilən istənilən nüvə silahı qanuni hədəfə çevriləcək.

Bu, Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın ölkəsində “onlarla” taktiki nüvə başlığı yerləşdirdiyini söyləməsindən sonra baş verib.

Belarus keçən ilin iyun ayında silahların tədarükünə başlandığını bildirərək, Rusiyanın Sovet İttifaqından sonra ilk dəfə nüvə raketlərini başqa ölkədə yerləşdirdiyini qeyd edib.

 

Turan İA

leave a reply

MENU