Bakı Vardanyanın aclıq etməsi barədə xəbərləri şərh etmir
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanları Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyanın Bakıda həbsdə aclığa başlaması barədə erməni Ermənistan KİV-in məlumatını şərh etmir.
Bu məlumatı Ermənistan KİV-i Vardanyanın ailəsinə istinadən yayıb. Guya Vardanyan özünün və təcridxanadakı Qarabağ separatçılarının digər liderlərinin azad edilməsini tələb edir.
Xatırladaq ki, onlar 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində saxlanılan Qarabağın erməni separatçılarının səkkiz hərbi-siyasi lideridir. Onlar Azərbaycan dövlətçiliyinə qarşı ağır cinayətlər törətməkdə ittiham olunurlar.