Macarıstanda etirazlar başladı #sondəqiqə



Macarıstanda on minlərlə macar Orbana etiraz etmək üçün küçələrə axışıb. Etirazların təşkilatçısı Baş nazir Orbanın potensial rəqibi Peter Magyardır. O, Orbanı korrupsiyada ittiham edir.

Bu yaxınlara qədər Macarıstanın hakim partiyasını Avropa İttifaqında təmsil edən hüquqşünas, iş adamı və diplomat Magyaar özünü radikal yenilikçi kimi təqdim edir və bu yaxınlarda öz partiyasını quracağını bəyan edib.

Şənbə günü paytaxt Budapeştdə toplaya bildiyi izdiham qarşısında o, liberal və mühafizəkar macarları birləşdirmək istədiyini söyləyib:
– Addım-addım, daş-daş, biz ölkəni geri alacağıq və yeni bir ölkə quracağıq. Suveren, müasir, Avropalı Macarıstan”.

Etirazçılar Macarıstan parlamentinin binasına doğru yürüş ediblər. Orada Magyar yüksək səslə alqışlanan bir çıxış söyləyib.

Buradaykən kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı və aşağıdakı linkdən keçid edərək telegram kanalımızı da izləməyi unutmayın, lütfən.
https://t.me/TimeTVAzerbaycan
#timetvazerbaijan #timetvazərbaycan #viktororban #petermagyar

Time TV

leave a reply

MENU