Məhkəmə fəal İlhamiz Quliyevin həbs müddətini uzadıb

Məhkəmə fəal İlhamiz Quliyevin həbs müddətini uzadıb

Məhkəmə fəal İlhamiz Quliyevin həbs müddətini uzadıb

Yasamal Rayon Məhkəməsi fəal İlhamiz Əliyevin həbs müddətini 20 gün uzadıb, onun vəkili Rövşanə Rəhimova Turan-a bildirib.

Onun sözlərinə görə, Quliyevlə bağlı ilkin istintaq başa çatıb və işin məhkəməyə göndərilməsi gözlənilir. Vəkil həbs müddətinin uzadılması üçün prosessual əsasların olmadığını deyib.

“Məhkəmə öz qərarını əsaslandırmadı. Biz qərarı əsassız hesab edirik. Apellyasiya şikayəti veriləcək”, – vəkil qeyd edib.

Quliyev 4 dekabr 2023-cü ildə saxlanılıb və iki gün sonra külli miqdarda narkotik maddə alverilə bağlı 4 ay müddətinə həbs edilib.

Hüquq müdafiəçilərinin fikrincə, Quliyevin həbsinin əsl səbəbi “Abzas Media”ya verdiyi müsahibə olub. O, müsahibədə bildirib ki, polis cinayət işlərini saxtalaşdırmaq üçün sənədləşdirilmmiş narkotik maddələrdən istifadə edir.  Quliyev müsahibədə keçmiş polis əməkdaşı kimi təqdim edilib. Əvvəllər polis müstəntiqinin qeyri-rəsmi köməkçisi olub.

Hüquq müdafiəçiləri İlhamiz Quliyevi siyasi məhbus kimi tanıyıblar.

Turan İA

leave a reply

MENU