Bu gün, 2 aprel tarixində Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib.
Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə iclasında T.Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və təmin edilməyib.
Müsavat Partiyasi üzvü T.Yaqublu ötən il dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.
Şəxsi və yaxınları bu həbsin Tofiq Yaqublunun siyasi fəaliyyəti ilə əlaqədar olduğunu bildirirlər.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV