Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat şöbəsinin müdir müavini Elxan Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Qərar bu gün, 1 aprel tarixində Bakı Ağır Cinayətlər məhkəməsində verilib. Elxan Əliyevin səhhəti imkan vermədiyindən məhkəmədən son söz üçün vaxt istəyib. Hakim isə onun sözlərini son söz kimi qəbul edib və hökmü elan edib.
E.Əliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqisirli bilinib.
Elxan Əliyev Facebook səhifəsində həbsində əvvəl yaydığı videoda deyib ki, bir nəfər neçə gündür ondan ev tapmasını xahiş edib.
“Mən əvvəllər ev alqı-satqısı işi ilə məşğul idim. Artıq bir neçə aydır bu işlə məşğul olmuram. Amma mənə bir nəfər zəng vurub ki, guya ev istəyir. Mən çox şübhələndim. Ona bir neçə ev göstərdim. Bu adam məndən demək olar ki, on gündür əl çəkmir. Hər gün telefonla xahiş edir ki, mənə bir ev və ya bağ evi tap. Bu gün də bir ev göstərdim. O da xoşuna gəlmədi. İndi məni çağırıb ki, gedək yemək yeyək, yaxından tanış olaq. Mənim üçün şübhəli məqamlar çoxdur. Sadəcə deyirəm ki, nəzərdə saxlayın. İndi gedirəm onunla görüşməyə. Bilmirəm bu hakimiyyətin oyunudur, yoxsa nədir. Zənn edirəm ki, oyundur. Amma yenə də gedirəm görüşə”, o saxlanılmasından öncə bu videonu yayıb.
Time TV Azərbaijan kanalına abunə olmağı unutmayın!
TƏRƏFSİZ, AMMA ƏDALƏTLİ İNFORMASİYA!
Time TV