Sentyabrda Almaniya baş nazirlik kürsüsünü tərk edən Anqela Merkel haqqında bildiklərimiz və bilmədiklərimiz
Anqela Merkel kimdir?
- O, Almaniyanın ilk qadın baş naziridir
- Ailəsini, dostlarını və hətta işçilərini daim ictimaiyyətdən uzaq tutub
- Həyat yoldaşı Joachim Sauer demək olar ki, ictimaiyyət önündə çox az göründü
- Çoxları ona Merkel kimi müraciət edir. Onun əsl adı isə Anqeladır. Merkel onun soyadıdır, amma..
- Çox adam hələ də bilmir ki, Anqela Merkel ilk həyat yoldaşının soyadını daşıyır. O, iki dəfə ailə qurub və Joachim Sauer onun ikinci həyat yoldaşıdır
- Anqela Merkel həftə sonları və tətil vaxtları istirahət üçün Maldiv adaları kimi yerləri yox, Almaniyada Uckermark meşələrini seçib.
- Anqela Merkelin Şərqi Almaniyada böyüdüyü ev bu günə qədər durur və yaşayış var
- Onun atası keşiş olub və sovet işğalından sonra bir çox almanlar Şərqi Almaniyadan Qərbə köç etdiyi zamanda, o, iş tapmaq ümidiylə Qərbi Almaniyadan Şərqi Almaniyaya köç edib.
- Merkelin anası müəllimə olub. Şərqi Almaniyaya köçdükdən sonra işsiz qalıb. Siyasi cəhətdən aktiv qadın olub və Sosial-Demokrat Partiyasının yerli bölməsinə rəhbərlik edib
- Anqela Merkel həyatda ən çox anasını sevib. Hətta Hamburqda keçirilən G20 zirvə toplantısını yarımçıq qoyaraq anasının doğum gününü qeyd etməyə gedib.
- Berlin divarı dağıldığında Anqela Merkel 35 yaşlı universitet bitirmiş dul bir qadın idi. O, 20 yaşlarında evlənib və boşanmışdı.
- 1997-ci ildə o, Ətraf Mühit və Nüvə Təhlükəsizliyi naziri oldu
- O, Almaniyanın baş naziri Helmot Kohlun himayəsi ilə böyük siyasətə ilk addımlarını atıb
- 10 ilə yaxın müddətdə əvvəllər Demokratik Oyanış Partiyası adlanan, sonra Xristian Demokratik Birliyinə çevrilən partiyanın rəsmi sözçüsünə yardım edib.
- Məhz buna görə siyasi çevrələrdə diqqət çəkdi və 2000-ci illərdə Anqela Merkel adı artıq siyasətçi kimi tez-tez gündəmə gəlirdi
- Məhz bu populyarlıq və çalışmaları Helmot Kohlun kürsüsünü tərk etdikdən sonra onun yerinə keçməsinə zəmin yaratdı
- Anqela Merkel Suriya krizi zamanı bütün olanlara rəğmən yüz minlərlə qaçqına Almaniyanın qapılarını açmaqla tarixə düşdü
- Qaçqınlara qapı açdığına görə, on minlərlə alman buna etiraz etdi. Lakin bu onun populyarlığını azaltmadı
- Anqela Merkel öz ölkəsinə pislik gətirəcək heç bir addım atmayıb.
- O, Almaniyanı dünyanın ən güclü iqtisadiyyatına malik olan ölkələrdən birinə çevirib.
- Vaxtilə Fransa, ABŞ, Böyük Britaniya ordularının işğalında olan Almaniya 2020-ci il koronavirus krizi zamanı qapısını Avropa ölkələrindəki koronaviruslu xəstələrin üzünə Almaniya xəstəxanalarının qapılarını açdı. Fransadan, Belçikadan, Hollandiyadan qatarlarla, təcili yardım maşınlarıyla, vertalyotlarla xəstələr Almaniyaya daşındı.
- Və nəhayət, 20 ilə yaxın rəhbərlikdən sonra dəqiqələrlə sürən sürəkli alqışlar, 80 milyonluq sürətlə böyüməkdə olan Almaniya və milyonlar oğurlamaqdan on milyonların qəlbində rəğbət qazanmış Anqela Merkel.
- Əlivda MƏLƏK LEDİ!
Fikrət Hüseynli