Azərbaycan və Ermənistan artıq UEFA-nın bayrağı altında təşkil olunan oyunlara ev sahibliyi edə biləcək.
Qitə futbol qurumunun İcraiyyə Komitəsi ikinci Qarabağ Müharibəsi zamanı beynəlxalq matçların müharibə aparan ölkələrdə keçirilməsinə dair oktyabrın 20-də qoyulan qadağanı ləğv edib.
Bu addım noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.
Time TV