Davamlı Sülh və İnkişaf üzrə Beynəlxalq Fondunun rəhbərliyi Eldar Həsənovun sağlığındakı problemləri nəzərə alaraq onu azad etməyə çağırır
Time TV-yə Davamlı Sülh və İnkişaf üzrə Beynəlxalq Fondunun müraciəti daxil olub. Müraciətə imza atan bir sıra tanınmış şəxslər Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək yazırlar: Davamlı Sülh və İnkişaf üzrə Beynəlxalq Fond (IFSPD) (2017-ci ilə qədər Beynəlxalq Qara dəniz və Xəzər dəniz Əməkdaşlıq və Tərəfdaşlıq Fondu – BQDXDF) 2009-cu ildə Sizin və Rumıniya Prezidenti cənab Trayan Beseskunun sayəsində yaradılıb və hazırda qırx ölkənin tanınmış nümayəndələri – siyasətçilər, diplomatlar, professorlar, ictimai xadimlər bu unikal təşkilatın üzvüdür.
1 avqust 2013-cü ildə BQDXDF BMT İqtisadi və Sosial Şurasının nəzdində Xüsusi Məsləhətçi Statusu alıb.
IFSPD Şərqi Avropadan Afrikaya və Cənub-Şərqi Asiyaya qədər planetimizin müxtəlif nöqtələrində ən mühüm sosial layihələrin həyata keçirilməsində iştirak edir.
Artıq 10 ildən çoxdur ki, IFSPD Baş katibi, Azərbaycan Respublikasının Serbiya, Çernoqoriya, Bosniya və Hersoqovina Respublikalarında Fövqəladə və Səlahiyyətli səfiri, ölkəsinin maraqlarını müdafiə edən sülh qoruyucusu və diplomat, müdrik insan, prinsipial, yüksək mənəviyyatlı və təmənnasız şəxsiyyət kimi tanınmış Eldar Həsənov fondun qəlbi və iştirakçılar üçün yüksək nüfuz sahibidir. Məhz bu şəxs fondun işini möhkəmləndirmiş, onun bütün dünyada nüfuzunun artmasına yardımçı olmuşdur.
Biz istintaqın gedişinə müdaxilə etmədən Sizdən xahiş edirik ki, araşdırmanı şəxsi nəzarətə götürəsiniz və bu görkəmli şəxsi tanıyan hər kəs üçün ağlasığmaz görünən ittihamlara əsaslanan işə ədalətsiz baxılmasına yol verməyəsiniz.
Xahiş edirik nəzərə alasınız ki, cənab Səfirin həbsdə saxlanması onun şəkərli diabet, damar trombozu, aterosklerotik kardioskleroz və COVID-19 pandemiyası şəraitində sağlamlıq üçün son dərəcə təhlükəli olan immun çatışmazlığı kimi xroniki xəstəliklərlə ağırlaşmış sağlamlığına çox ağır ziyan vura bilər.
Biserka Evtimieviç – Naftna industriya Serbii – Serbiya Neft Şirkətinin təmsilçisi
İsmail Sefi – Fondun vitse-prezidenti, Türkiyə Cümhurbaşqanı Erdoğanın məsləhətçisi
Esma Sirbubalo – Fondun direktoru, yazıçı
Akademik Qeorqe Duka
Viktor Xmarin – Fondun vntse-prezidenti
Çingiz Abdullayev – fondun vntse-prezidenti, yazıçı
Mixail Zernov – Fondun vitse-prezidenti
Professor Sanqit Varqeze-
Professor Yulian Kifu
Stejarel Olaru – Fondun vitse-prezidenti
Professor Dossım Suleev
Jarko Toriç – Fondun Direktorlar Şurasının üzvü
Jıldız Oskonbaeva – Fondun Direktorlar Şurasının üzvü
Hikmət Cavadov – Fondun Direktorlar Şurasının üzvü
Dmitro Kulibaba – Fondun Direktorlar Şurasının üzvü
Professor Anton Julio de Robertis
Vladimir Pliqin – Fonduz üzvü
Xose Fereira Ramos – Fondun Direktorlar Şurasının üzvü
Selenle Dlamini – Direktorlar Şurasının üzvü
Draqomir Kariç – Direktorlar Şurasının üzvü
İla Kajiç – Direktorlar Şurasının üzvü və digərləri
TİME TV