Şirkət rəhbərliyinin işçilərin taleyinə məsuliyyətsiz yanaşması vəziyyəti daha da ağırlaşdırır
Azərbaycanda böyük kollektivi olan təşkilatlarda koronavirus yoluxması kütləvi hal almağa başlayıb. Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində 2 nəfərin koronavirusdan vəfat etməsi vəziyyətin ciddiliyini göstərir. İndi isə növbə deyəsən SOCAR-a – Azərbaycan Dövlət Neft Şirkətinə çatıb. Bu barədə Neftçilərin Hüquqlarının Müfafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı yazıb. O, bildirir:
– SOCAR , 28May adına NQÇİ-nin 5 saylı DDB (dərin dəniz bloku)-nun hal hazırda özüldə olan 135 işçisi test olunub . Nəticədə 30 nəfər (20 nəfər mədən işçisi, 10 nəfər qazmaçı) işçidə virus müşahidə olunub.Bu halda kim məsuliyyət daşıyır?
-Test cavabını yoxlamadan Çilov adasının sakinini də işçilərlə birlikdə gəmi ilə Çilov adasına göndərən şəxs?
-Yaxud test nəticəsinin dəqiq olmaması?
-Prosesə nəzarət edən şəxslərin məsuliyyətsizliyi?
Aldığım məlumatda Azneftin Baş Mühəndisi Rövşən Qarayevdə də virus müşahidə olunub.Virusa yoluxan işçilərə şəfa, sağlam işçilərə can sağlığı arzulayıram.
Time TV