Heydər Əliyevin vəkili vətəndaşlıqdan imtina edir

1998-ci ildə Heydər Əliyevə vəkillik etmiş Milli Hərəkat Partiyasının sədri Samir Cəfərov İlham Əliyevə düz 1000 dəfə müraciət etsə də, 1 dəfə də cavab ala bilməyib

Vaxtilə Heydər Əliyevi dəstəklədiklərilə fəxr edənlər bu gün hakimiyyət qapılarından qovulur və sözün əsl mənasında adam yerinə qoyulmurlar. Bu şəxslərdən biri 1998-ci il prezident seçkilərində Heydər Əliyevə vəkillik etmiş Samir Turan Cəfərovdur. Maraqlıdır ki, o, bu günə qədər yataqxanada qeydiyyatda imiş. İndi isə yataqxana sökülüb və Samir Cəfərov qalıb qeydiyyatsız. Hara üz tutsa, salam verən olmayıb. Buna görə də məcbur olub vətəndaşlıqdan imtina edib. Onun facebook profilində paylaşdığı müraciəti sizə təqdim edirik: 

Hörmətli,cənab Prezident!

Mən dəfələrlə Sizə,
Milli Məclisin sədrinə və bütün deputatlara!!!

Bildirmək istəyirəm ki, 50 ildir Bakıda yaşamağıma baxmayaraq, hələ də nə evim nə də bir metr torpağım var. Partiya sədriyəm, elmlər namizədiyəm, yazıçılar və jurnalistlər birliyinin üzvüyəm. Gənc mütəxəssis kimi 1990 cı ildən Yasamal rayon (o vaxtlar İcraiyə komitəsi adlanırdı) İh-də növbədəyəm.1970 ci ildən bu günə kimi Bakı Dövlət Universitetinin yataqxanasında qeydiyatda idim. İndi oranı da söküblər artıq qeydiyyatım da yoxdur.

Bir sözlə, evsiz-eşiksiz, işsiz bir metr torpağı olmayan, hətta qeydiyyatı olmayan Azərbaycan Vətəndaşı! Əgər mənim bu cür yaşamağım kimisə bir vətəndaş kimi narahat etmirsə, onda məni Azərbaycan vətəndaşlığından azad edin. Başqa nə deyim. Onu da qeyd edim ki, indi mənim məktublarıma “bizlik deyil “cavab verənlərin çoxu o çətin günlərdə mən və partiyam rəhmətlik ulu öndər Heydər Əliyevi müdafiə edəndə tülkü kimi qaçıb gizlənmişdilər.
MHP sədri, fəlsəfə doktoru, şair-publisist Samir Turan

Time TV

leave a reply

MENU