SOCAR MAFİYASI ALİ KEMAL ÇELİKTENE NEÇƏ MİLYON VERİB?
HACI MƏMMƏDOVUN QULAĞINI KƏSDİYİ MİLYONER İLHAM QƏDİMZADƏ KİMDİ?
Öncəki məqalədə SOCAR-ın Palmali şirkətlər qrupu ilə ortaqlığını sübut edən rəsmi məlumatları təqdim etmişdik. Bütün bunlar rəsmi sübutlardı və SOCAR-ın rəhbərliyinin iddia etdiyinin əksinə olaraq Mübariz Mənsimovla SOCAR-ın bir şərikliyi olub. 2016-cı ildə SOCAR prezidentin Rövnəq Abdullayevin neftdən gələn gəlirləri öz yaxınlarının adlarına rəsmiləşdirməsi Mübariz Mənsimovun haqlı etirazına səbəb olub və o ortaqlığı sonlandırıb. Bundan sonra isə Rövnəq Abdullayev və Anar Əlizadə Mübariz Mənsimovun şirkətlərində çalışanlarından 4 nəfəri ələ alaraq bir sıra sənədləri saxtalaşdırmaq hesabına Palmaliyə məxsus liman və əmlakı ələ keçirməyə başlayıblar. Biz bu yazıda sizlərə bu prosesin necə həyata keçirildiyini, Mübariz Mənsimovun bir çalışanının – Ali Kemalın neçə milyon əldə etdiyini rəsmi sənədlərlə sizə təqdim edirik.
MƏNSİMOVUN ƏLEYHİNƏ İFADƏ VERƏNLƏR
Mübariz Mənsimova qarşı ifadə verən şəxs Anar Əlizadənin şirkətlərində CEO
vəzifəsini icra edir. Həmin şəxsin adını Mübariz Mənsimov həbsdən göndərdiyi məktubda qeyd edərək bunları yazır:
“SOCAR prezidenti və onun Anar Əlizadə adında qohumu mənim 4 keçmiş saxtakar satılmış işçim; Alaattin Aykaç, Ali Kemal Çelikten, Mehmet Erçil və Fatih Bərbərə rüşvət verərək barəmdə yalan və böhtan dolu ifadələr verdiriblər.”
Bu yazıda Palmali şirkətlər qrupunda risklərin idarə edilməsi şöbəsinin keçmiş müdiri Ali Kemal Çeliktenin Mübariz Mənsimova qarşı istintaqa verdiyi böhtan xarakterli ifadələri və “Palmarina”nın ələ keçirilməsində “xidmətləri” müqabilində Rövnəq Abdullayev və dayısı oğlu Anar Əlizadə tərəfindən ona yaradılan “imkanlar” haqqında ictimaiyyətdən gizlədilən məlumatları oxucularla paylaşırıq.
“Palmarina”nı necə ələ keçiriblər?
Mübariz Mənsimovun həbsdən yazdığı məktubda xəyanətdə ittiham etdiyi Ali Kemal Çeliktenin Palmali şirkətlər qrupunda digər 3 menecerlə birlikdə imza səlahiyyətlərindən sui-istifadə edərək “Palmarina”nın ələ keçirilməsində Anar Əlizadə ilə əlbir olduqlarını və buna görə məhkəmədə mühakimə olunduqlarını əvvəlki yazımızda açıqlamışdıq.
Dələduzluq əməllərinə görə, Palmali şirkətlər qrupundan qovulan Ali Kemal Çelikten 29 dekabr 2016-cı ildə Maltada SOCAR-a məxsus şirkətlərlə eyni ünvanda (171 Old Bakery Street, Valetta VLT 1455 Malta) həyat yoldaşı Natalia Çelikten adına Investhouse Management Co. Limited şirkətini təsis edib. Şirkət Ali Kemal Çelikten tərəfindən idarə olunur.
Anar Əlizadənin sahib olduğu “Palmarina” (yeni adı: “Bodrum Yalıkavak”) yaxta limanının
səhmdarı Palmarina Holdinq (yeni adı: Yalıkavak Holdinq), Anar Əlizadənin SOCAR ilə şərik olduğu SOCAR Oil&Gas International və Supra Holding (yeni adı: SOCAR Trading
Holding) şirkətlərinin baş ofisi də eyni ünvanda yerləşir.
Bundan əlavə, Ali Kemal Çelikten Anar Əlizadənin nəzarətində olan Arrow Star Şirkətlər Qrupunun prezidenti vəzifəsini icra edir. Arrow Star Holdinq 1 sentyabr 2017-ci ildə Maltada Anar Əlizadənin işçisi, Azərbaycan vətəndaşı İlham Qədimzadə adına təsis edilib. Arrow Star Şirkətlər Qrupunun baş ofisi Maltada SOCAR şirkətlərinin baş ofisi ilə eyni adrəsdə (171 Old Bakery Street, Valetta VLT 1455 Malta) yerləşir və neft və neft məhsullarının daşınması xidmətini göstərir.
https://www.arrowstartrading.com/locations.html
Arrow Star Şirkətlər Qrupuna aşağıdakı şirkətlər daxildir:
Arrow Star Holding Limited
Arrow Star Shipping 1 Company Limited
Arrow Star Shipping 2 Company Limited
Arrow Star Trading Co. Limited
Arrow Star Shipping 3 Co. Limited
https://registry.mbr.mt/ROC/index.jsp#companySearch.do?action=companyDetails
3 aprel 2018-ci ildə isə Arrow Star Trading Co. Limited şirkəti tərəfindən Türkiyədə Arrowstar Trading Petrol ve Denizcilik şirkəti təsis edilib. Ali Kemal Çelikten bu şirkətdə də müşahidə şurasının sədri və baş direktor vəzifəsini icra edir.
HACININ OĞURLADIĞI İLHAM
Xatırladaq ki, İlham Qədimzadənin atası Vaqif Qədimov SOCAR-da yüksək vəzifə sahibi olub. 1997-ci ildə İlham Qədimzadə DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun bandası tərəfindən oğurlandıqdan sonra atası 180 min dollar verərək oğlunu xilas etmişdir. Qeyd edək ki, İlham Qədimzadənin atası Vaqif Qədimov 2002-ci ildə yaşadığı mənzildə tamah məqsədilə qətlə yetirilib. Mütəşəkkil dəstə üzvləri Vaqif Qədimova məxsus mənzildən 414500 dollarlıq əskinas və 100 min dollar
dəyərində qızıl-zinət əşyları götürərək, hadisə yerini tərk edib.
https://az.trend.az/azerbaijan/society/834622.html
https://www.facebook.com/ilham.gadimzada.9
İlham Qədimzadənin adı həmçinin, 2016-cı ildə BMZ Group Denizcilik ve İnşaat Sanayi şirkətindən gsatın alınan gəmilərlə bağlı qalmaqalda çəkilmişdi.
http://www.cumhuriyet.com.tr/haber/erdogan-ailesine-ait-gemi-filosu-socara-satildi-785124
Belə ki, 2016-cı ilin sentyabrında Maltada SOCAR şirkətləri ilə eyni ünvanda (171 Old Bakery Street, Valetta VLT 1455 Malta) İlham Qədimzadənin adına 5 şirkət (“Milagress”, “Caminero” , “Prover”, “Blue Lake Star” və “Planeo”) təsis edilmişdir. Bu şirkətlərin adına 5 gəmi qeydiyyatdan keçirilmişdir.
https://offshoreleaks.icij.org/nodes/56089458
Qeyd edək ki, bu gəmilər Mübariz Mənsimov tərəfindən Albaraka Türk Bankından alınan 90 milyon dollar kreditlə inşa edilib. Ancaq gəmilər istifadəyə veriləndə BMZ Group Denizcilik ve İnşaat Sanayi şirkətinin nəzarətinə keçib.
BMZ Group Denizcilik ve İnşaat Sanayi şirkəti daha əvvəl Palmalidən “Ağdaş” və “Şövkət Ələkbərova” adında iki gəmi satın almışdır.
https://theblacksea.eu/stories/malta-files-tr/erdogan-ailesinin-gizli-offshore-anlasmasi/
https://onedio.com/haber/-bilal-erdogan-18-milyon-dolarlik-nehir-tankeri-satin-aldi–455099
Eyni zamanda Maltada təsis edilən Oil Transportation and Shipping Services Co. Limited şirkətinin adına dəyişdirilib.
https://www.sozcu.com.tr/2014/gundem/gemiciklerden-sonra-tankercikler-cikti-473676/
https://www.sozcu.com.tr/2015/gundem/bilal-2-ayda-2-gemi-indirdi-935224/
Palmaliyə 10 illik müddətinə icarəyə verilən 5 gəmi Anar Əlizadənin işçisi İlham Qədimzadənin adına BMZ Group Denizcilik Ve İnşaat Sanayi A.Ş.-dən satın alındıqdan sonra, adları aşağıdakı kimi dəyişdirilmişdir.
MECID ASLANOV – PLANEO
BEGIM ASLANOVA – CAMINERO
POET QABIL – BLUE LAKE STAR
ARMADA FAIR – MILAGRESS
ARMADA BREEZE – PROVER
Maltanın biznes reyestr məlumatlarına görə, bu şirkətlər təsis ediləndən 4 ay sonra, yəni, 16 yanvar 2017-ci ildə Dubayda qurulan SOCAR Logistics DMCC şirkətinə satılmışdır. Palmali şirkəti ilə icarə müqaviləsi də ləğv edilmişdir. Daha sonra, bu gəmilər SOCAR Logistics şirkətinin əməliyyat müdiri Namiq Qədirovun və vaxtilə BP-nin Azərbaycan Xəzər regionundakı təmsilçisi olmuş Asim Mövsümzadənin Rusiyada ortaq təsis etdikləri Fraxtmortrans şirkətinə icarəyə verilib. Fraxtmortrans şirkəti isə hal-hazırda həmin gəmilərlə Anar Əlizadənin sahib olduğu Oilmar Shipping and Chartering DMCC şirkətinə xidmət göstərir.
https://dosya.co/kp22am6ojz8g/FRACHTMORTRANS.rar.html
Oilmar Shipping and Chartering DMCC şirkəti 2015-ci ildə Dubayda təsis edilib.
http://www.oilmarshipping.com/
Azərbaycanın Trend xəbər agentliyində 14 may 2018-ci ildə dərc olunan xəbərdə 2017-ci ildən etibarən SOCAR-ın Qara dənizdə neft və neft məhsullarının daşınması xidmətini Oilmar Shipping and Chartering DMCC şirkətinin həyata keçirdiyi qeyd olunub.
https://en.trend.az/business/energy/2902638.html
Mübariz Mənsimov həbsdən göndərdiyi məktubda ”FETÖ ilə əlaqələrinə görə Ali Kemal Çelikten və Mehmet Ercilə dəfələrlə xəbərdarlıq etdim” yazmışdı. Bu araşdırmadan məlum olur ki, Anar Əlizadənin dələduz FETO-cu CEO-su Ali Kemal Çelikten Mübariz Mənsimova qarşı etdiyi dələduzluğa və atdığı böhtana görə milyoner iş adamına çevrilib.
TİME TV ANALİTİK QRUPU