Ermənistana 25, Azərbaycana 45 milyona satılan təyyarə

Fotoda: MiG-35 çox funksiyalı cəbhə qırıcısı (Şəkil: Sergey Bobylev / TASS) Fotoda: MiG-35 çox funksiyalı cəbhə qırıcısı (Şəkil: Sergey Bobylev / TASS)

Hərb tarixinin ən absurd və şərəfsiz hadisəsi: Azərbaycan Rusiyadan həm özünə, həm Ermənistana döyüş təyyarəsi alır 

Rəsmi Kreml Azərbaycandakı silah mafiyası ilə birləşib ölkənin pullarını talayırlar 

Xalq isə 500 qramlıq makarona möhtac qalıb

Bəzən düşünürəm ki, axı daha nə baş verməlidir ki, insanlar öz ölkələrindən sorumlu olduqlarını anlasınlar. Özlərini öz ölkəsinin sahibi hiss edərək onların sərvətlərini dağıdan məmurların yaxasından yapışıb hesab sorsunlar. 2016-cı ilin aprel savaşları zamanı Rusiyadan alınan hərbi texnika faktiki olaraq döyüş tapşırıqlarını yerinə yetirməyə imkan vermədi. Ardınca onlarla təcrübəli Azərbaycan zabiti ölümə tərk edilərək onlara yardım göstərilmədi. Nəticə də göz önündədir. Amma buna baxmayaraq, Azərbaycan Rusiyadan silah almağa davam edir. Özü də maraqlıdır ki, bu dəfə Azərbaycan Rusiyqadan aldığı döyüş təyyarələrini Ermənistanla müqayisədə iki dəfə baha alır. Həm də o döyüş təyyarələrini ki, son illər iki dəfə qəza baş verib və Azərbaycanın iki təcrübəli pilotu müəmmalı şəkildə həlak olub.

Sonuncu qəza ötən ilin iyul ayının 24-də baş verdi.

Təlim məşqləri zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Xəzər üzərində məşq zamanı qəzaya uğradı. Polkovnik Rəşad Atakişiyev həlak oldu. Buna baxmayaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatını çökürtdüyü, neftin qiymətinin endiyi bir zamanda Azərbaycan yenidən Rusiyadan hərbi təyyarələr alır. Özü də iki dəfə baha bazar qiymətinə. Azərbaycan tərəfi bunu onunla əsaslandırmağa çalışır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdür və bu üzdən ona güzəşt olunur.

Bu halda sual yaranır ki, bəs Azərbaycan niyə baha qiymətə bu təyyarələri alır? Olmazdımı ki, başqa ölkələrdən ucuz qiymətə təyyarə alınsın. Təbii ki, olmaz. Çünki Azərbaycan və Rusiya silah mafiyası o zaman milyonları mənimsəyə bilməz.  Təyyarələrin Azərbaycana dəfələrlə baha satıldığı barədə  Rusiyanın “Svobodnaya pressa” saytında tanınmış jurnalist Aleksandr Sitnikov yazır ki, (https://svpressa.ru/war21/article/262569/məqalə ilə bu linkdə tanış ola bilərsiniz) Azərbaycan bu təyyarələri Ermənistanla müqayisədə iki dəfə baha alır. Bunun da səbəbi odur ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü deyil.

İndi burdan anlaşılır ki, Azərbaycan təkcə özünə təyyarə almır, həm də Ermənistanın aldığı təyyarələrin pulunu verir. Və dünya indiyə qədər belə bir absurda şahid olmayıb ki, bir dövlət onun torpaqlarını işğal edib müharibə ilə təhdiddə davam edən ölkəyə silah alsın. Görünür, Azərbaycan yeni tarix yaratmaq istəyir..

Time TV

leave a reply

MENU