Diqqətli oxuyun, yararlanın, sizə aid deyilsə, digərlərilə paylaşın
Azərbaycan hökuməti koronavirus böhranına görə, büdcədən 70 milyon manat ayırıb və qeyd edib ki, bu pul yalnız rəsmi işsiz statusu olan şəxslərə veriləcək. Bəs vətəndaş necə işsiz statusu alıb bundan yararlana bilər?
İqtisadçı alim, professor Qubad İbadoğlu bunun mexanizmini açıqlayıb. Doğrudur, hökumət saytları çox vaxt doğru düzgün işləmir. Lakin 190 manat yardımı almaq üçün bir neçə dəfə cəhd etməyə dəyər. Mexanizmi Qubad bəy belə açıqlayır:
İşsiz olub, işsiz statusu alıb, yardım əldə etmək istəyənlərin nəzərinə!
Nazirlər Kabinetinin yardım paketində 200 min işsizə 2 ay ərzində hər ay 190 manat ödənilməsi məqsədilə 70 milyon manat vəsait ayrılıb. Bu yardımı əldə etmək üçün ilk növbədə işsizlik statusunuzu rəsmiləşdirməlisiniz.
Sistemdə problemlə qarşılaşsanız onda 108-ə zəng edin, əlavə məlumat alın.
1. www.e-sosial.az saytına daxil olun.
2. Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız.
3. Onlayn qaydada İstifadəçi FİN-inin əldə olunması üçün
“Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin. Şəxsiyyət vəsiqəsində (həm köhnə və həm də yeni versiyada) FİN kodunun tapılması qaydasını bu mətnə şəkil bölməsində əlavə edirəm.
4. Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.
5. İstifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.
Əlavə suallarınızı şərh bölməsində yaza bilərsiniz.
Zəhmət olmazsa:
1) Oxuyandan sonra paylaşın ki, daha çox işsiz müraciət edə bilsin.
2) Qeydiyyatdan keçənlər şərh yerində təcrübələrini bölüşsün.
Time TV