Hakimiyyətə davamlı məddahlıq edən “Yeni Müsavat” qəzetinin baş redaktorunun dairəsi ləğv edildi
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun özünü qalib elan etdiyi 35 saylı Xətai üçüncü seçki dairəsində seçkilərin nəticələri ləğv edilib. Bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının iclasında qərar verilib.
Xatırladaq ki, MSK səslərin ilkin nəticələrinə istinad edərək ləğv etmə qərarı verməyə hazırlaşarkən, Rauf Arifoğlu qabaqdan gəlmişlik edərək dairənin ləğvinə çağırış etmişdi. Onun əsas rəqibi, “Ümid” Partiyasının sədri İqbal Ağazadə də nəticələrlə razılaşmayıb, ümumi saxtalaşdırmanın aparıldığını bildirmişdi.
İqbal Ağazadə ən azı 22 seçki məntəqəsində qalib gəldiyinə dair sübutlarının olduğunu söyləyərək ölkə prezidentinə, baş prokurora və MSK-ya müraciət etmişdi. Müraciətə baxılıb və dairənin nəticələri ləğv olunub.
Time TV