Azərbaycanda polisdən istefa

İlkin Süleymanovun əmisi oğlu “Əmim oğluna şər atırlar” deyib istefa verdi

Azərbaycanda nadir görülən hadisələrdən biri baş verib. Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşı Murad Süleymanov istefa verib. O, istefa ərizəsində göstərib ki, əmisi oğlu İlkin Süleymanov şərlənərək həbs olunub. Tovuz rayonunda yandırılaraq qətlə yetirilən Nərmin adlı 9 yaşlı qızın qətlində onun əmisi oğlu İlkin Süleymanovun heç bir rolu yoxdur. Buna baxmayaraq, onu şərləyib həbs ediblər. Bu üzdən də Murad Süleymanov 7 il çalışdığı polis sıralarından istefa verib.

Olaya DİN-dən münasibət bildirilməyib.

Time TV

leave a reply

MENU