AtaBank batdımı, batırıldımı?

Əsas təsisçiləri prezidentin övladları olan bank müştərilərin ən kiçik əmanətlərini belə qaytara bilmir

Milli Bankın prezidenti Elman Rüstəmov isə bankın rəsmən iflas olduğunu elan etdi

Bir zamanlar Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin 16 yaşında rəhbərlik etdiyi bildirilən Ata Bank iflas edib. Bank artıq müştərilərin 10 manatlıq qalıq pulunu da qaytara bilmir və ya qaytarmır. Səbəb inandırıcı olmasa da, buna bankın iflas etdiyi göstərilir. Bu gün Milli Bankın sədri Elman Rüstəmov da bu barədə açıqlama verib.

Elman Rüstəmov
Elman Rüstəmov

Elman Rüstəmov bankın gələcəyi ilə bağlı qərarı Maliyyə Sabitliyi Şurasının müəyyən edəcəyini bildirib:

— Biz bankda likvidlik və maliyyə sabitliyi ilə bağlı ciddi problemlərin aşkarlandığı üçün geniş audit keçirdik. Konkret təkliflər hazırlamışıq və onları Maliyyə Sabitliyi Şurasına göndərəcəyik. Şura “AtaBank”la bağlı qərar verəcək, ancaq ən qısa müddətdə qəbul edilməsini istəyirik.

Rüstəmovun bu açıqlaması həqiqəti əks etdirmir. Çünki bankın batması barədə məlumatlarla 2015-ci il manatın dəyərdən düşməsinin fonunda Atabankın qazancları onun batmasını imkansız edir.
Belə ki, 2015-ci ildə bu bankın Kamilov adlı rəhbəri barədə məlumatlarda qeyd olunurdu ki, Kamilov həm də əsasən Əliyev ailəsinə məxsus olan “AtaHolding”in baş direktor müavinidir. “AtaHolding”in 2013-cü il üçün illik hesabatına görə, prezidentin o vaxt 16 yaşı olan oğlu Heydər Əliyev bu bankın əsas sahibidir.Onun bacıları Leyla və Arzu Əliyevalar səhmlərin əksər hissəsinə sahib olan “Panama” şirkətinin direktorlarıdır.

2015-ci ildəki ilk devalvasiyadan iki gün öncə AtaBank çevik valyuta mübadiləsi ilə 20 milyon dollar qazandı.

2015-ci ildəki ilk devalvasiyadan iki gün öncə AtaBank çevik valyuta mübadiləsi ilə 20 milyon dollar qazandı.

“AtaHolding” və Kamilov ölkənin doqquzuncu ən iri bankı olan “Ata Bank”ın səhmlərinin əsas hissəsinin sahibləridir. 2014-cü il dekabrın 31-i üçün onlar bu bankın səhmlərinin 90%-nə malik olublar.

Kamilovun şirkəti olan “Synergy” iki tərəfdən “Ata Bank”la sıx bağlıdır: həm onun ən iri müştərilərindən biri, həm və biznes tərəfdaşıdır.

2014-cü ildə “Synergy”nin 139 milyon manatlıq (təqribən 177,5 milyon dollar) ümumi fondu “Ata Bank”dan götürülmüş kreditlərdən ibarət idi. Bu məbləğ “Ata Bank”ın ümumi kredit fondunun 1/3-ni təşkil edirdi.

Ancaq “Synergy” normal şirkət deyil. Bu qrupun borcları malik olduğu vəsaitdən çoxdur və o borclarını ödəməyə kifayət edəcək qədər qazanc götürmür. Bu da şirkətin necə fəaliyyət göstərməsini anlaşılmaz edir. Auditora görə, bu kreditlər “Synergy”-nin sahibləri, əsasən də Kamilov tərəfindən sığortalanıb.

Ancaq bu kreditlər sığortalanmamış görünür. Çünki Kamilovun banka qoyulmuş kifayət qədər pulu yoxdur. Bu isə bank üçün riskdir. “Ata Bank”ın 2014-cü il üçün hesabatında Kamilov da daxil olmaqla əlaqədar tərəflərin səhm depozitləri 31 milyon manatdan (təqribən 39,5 milyon manat) aşağı göstərilib. Bu isə kreditin məbləğindən çox aşağıdır.

2015-ci il fevralın 19-da, birinci devalvasiyadan iki gün əvvəl “Synergy Group”a məxsus tikinti materialları şirkəti olan AAC LLC bundan əvvəlki il “Ata Bank”dan götürdüyü krediti qeyri-adi qaydada restrukturizasiya etdi: geriyə 60 milyon manat (76,5 milyon dollar) ödədi və dərhal ABŞ dolları ilə bundan bir qədər böyük məbləği borc götürdü.

Bu əməliyyat AAC üçün gözəl fürsət oldu. Şirkət iki gündən sonra devalvasiyadan 20 milyon manata (19,3 milyon dollar) qədər pul qazandı. Bu riskli əməliyyat bu şirkət üçün xarakterik deyildi. Belə ki, şirkət özünün illik hesabatında göstərmişdi ki, “Group-un bütün satışları daxilidir və manatla ifadə olunur”, buna görə də o valyuta itkilərinə və ya qazanclarına məruz qalmayacaq.

Bu əməliyyat “Ata Bank”ın da işinə yaradı. Dollarla verilmiş kreditlər və iki devalvasiya nəticəsində “Ata Bank” 61 milyon manat (39 milyon dollar) qazandı. Bu isə ilkin kreditin iki misli deməkdir.

“Ata Bank” 2014-cü ildə 2013-cü ilə nəzərən həm depozitlər, həm də kreditlər baxımından iki dəfə böyüyüb. Ancaq bankın öz audit hesabatına bir sıra qayda pozuntularına yol verib. Bura bankın bir tək müştəridən asılılığının qarşısını almaq üçün nəzərdə tutulmuş əsas qaydalar da daxildir. Xüsusən də bu müştəri bankın rəhbərliyinə, yaxud sahiblərinə yaxındırsa.

– Bank daxili tərəflərə icazə verildiyindən qat-qat daha çox kredit verirdi. Audit göstərir ki, bank özünün tələb olunan kapitalının 20%-dən çoxunu özünə yaxın tərəflərə borc verə bilməz. Ancaq bank özünün nizamnamə kapitalının 24%-ni özünə yaxın tərəflərə borc verib.

– Ümumi kredit portfelinin 10%-dən çoxunu bankla əlaqəli olan təkcə bir tərəfə vermək qadağan idi. Bank isə kreditlərinin 91%-ni tək bir müştəriyə verib.

– Bank bütün kreditlərinin 150%-indən az olmayan girovlar götürməli idi. Girov daşınmaz əmlak olduğu təqdirdə bu 100% ola bilərdi. Ancaq bank ümumi kreditin məbləğinin 28%-i dəyərində girov götürüb.

Əsas ittiham “Synergy”-nin üstünə düşür. “Ata Bank” 2014-cü ildə verdiyi 458 milyon manatlıq (585 milyon dollar) ümumi kredit portfelinin 1/3-ni, yəni 147 milyon manatını (təqribən 188 milyon) öz səhmdarları ilə bağlı olan şirkətlərə verib. Müqayisə üçün, 2013-cü ildə “Ata Bank”ın öz səhmdarları ilə bağlı olan şirkətlərə verdiyi kreditlərin həcmi yalnız 1 milyon manat (1,28 milyon dollar) qədər olmuşdu.

“Ata Bank” auditorlara deyib ki, o, buna bənzər əvvəlki presendetlərə əsaslanaraq Mərkəzi Bankın bununla bağlı hər hansı bir addım atacağını düşünməyib. Belə ki, əvvəlki presendetlərdə də Mərkəzi Bank lisenziyaları ləğv etməyib. “Ata Bank” söz verib ki, gələcəkdə razılaşdırılmış çərçivələr daxilində tədbirlər görəcək.

Güman ki, gələcəkdə “Synergy” haqqında məlumat əldə etmək daha çətin olacaq. 2016-cı ilin əvvəllərində “Synergy” Açıq Birləşmiş Səhmdar Şirkətdən (ASŞ) Məhdud Məsuliyyətli Korporasiyaya (MMK) çevriləcəyini elan edib. O, Azərbaycanın birjasını tərk edən kimi daha ictimaiyyətə öz maliyyə məlumatını təqdim etmək və hesabat vermək öhdəliyindən azad olacaq.

Time TV

leave a reply

MENU