Rusiya Federasiyası hökuməti tam tərkibdə istefa verdi
Bu gün bu saatlarda Rusiya Federasiyası Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. Bunu baş nazir Dmitri Medvedev açıqlayıb. Baş nazir Dmitri Medvedev Vladimir Putinlə görüşdə hökumətin istefaya getdiyini bildirib. O, qeyd edib ki, prezident Federal Məclisdəki mesajında Konstitusiyaya icra, qanunverici və məhkəmə səlahiyyətlərinin balansını əhəmiyyətli dərəcədə dəyişdirən bir sıra “fundamental” düzəlişlər təklif edib.
Medvedev deyib: “Bu kontekstdə birmənalı şəkildə kabinet olaraq, prezidentin lazım olan bütün qərarlar qəbul etməsini təmin etməliyik. Bu şəraitdə Konstitusiyanın 117-ci maddəsinə uyğun olaraq, qüvvədə olan hökumətin istefa qərarının doğru olduğunu düşünürəm”.
Vladimir Putin baş nazirin müraciətinə cavab olaraq, hökumət üzvlərinə bu günə qədər olan fəaliyyətləri üçün təşəkkür edib və nəticələrindən məmnun olduğunu bildirib. Sonda qeyd edib ki, amma hər şey istənilən kimi alınmamışdı.
İstefa verən hökumət üzvləri yeni kabinet qurulana qədər fəaliyyət göstərəcəklər.
Time TV