Daşqın Ağalarlıya deyilib ki, o, Azərbaycana deport edilə bilər
Bu gün günorta saatlarında Norveçdə sığınacaq almış azərbaycanlı siyasi aktivist Daşqın Ağalarlı İnterpol tərəfindən Polşanın Qdansk aeroportunda saxlanılıb. Polşadan keçərək Almaniyaya səfər etmək istəyib. Polşa 2020-ci il yanvarın 1-dən Avropa Birliyi ölkələrilə də pasport nəzarəti tətbiq edib. Bu yoxlama zamanı isə Daşqın Ağalarlı adı İnterpolda olduğu üçün saxlanılıb. Ona Azərbaycana deport ediləcəyi bildirilib.
Avropada yaşayan azərbaycanlı siyasi aktivistlər sosial şəbəkələrdə Daşqın Ağalarlının müdafiəsi üçün çağırışlar edirlər.
Qeyd edək ki, Daşqın Ağalarlı 1992-93-cü illərdə Xalq Cəbhəsi hakimiyyətində təmsil olunub. Uzun illər sonra Azərbaycan hüquq mühafizə orqanları ona cinayət işi açıb axtarışa veriblər. İllər öncə Ağalarlı Türkiyədən Gürcüstana gələrkən həbs edilib. 6 ay həbsdən sonra azadlığa çıxıb. Gürcüstanda 2017-ci ildə jurnalist Əfqan Muxtarlı oğurlanıb Azərbaycana aparılmasından sonra Norveç İnsan Haqqları Evinin köməkliyi ilə Norveçə gedib və bir neçə ay öncə onun siyasi sığınacaq istəyi qəbul olunub.
Time TV