Hazırda gənc nəslin orta boyu 1,6 metr, orta çəkisi isə 53 kiloqramdı
Azərbaycanda ərzaq və təmiz hava olmaması genefonda ciddi zərbə vurub. İndi ölkə sakinləri faktiki olaraq boy və bədən ölçülərinə görə cırlaşırlar. Sovet dönəmində Azərbaycanda orta boy 1 metr 70 santimetr, orta çəki 65-70 kiloqram idisə, indi bu xeyli azalıb. Faktiki olaraq Azərbaycanda yeni nəsildə cırlaşma gedir. Hətta Avropada aclıq illərində belə insanların boy ölçüləri 1,65 olub. Azərbaycanda isə vəziyyət daha pisdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 15-19 yaşlı uşaqların orta çəkisi 53,8 kiliqram, boyu isə 160,6 sm-dir. Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə bu yaş qrupu üzrə əhalinin 10,1 faizinin çəkisi normadan aşağıdır. Bu da onu göstərir ki, Azərbaycanda faktiki olaraq liliputlaşma gedir. Bunun qarşısını almaq üçün isə hər hansı bir addım atılmır.
Time TV