Almaniyada Fuad Muradovla Cavid Qurbanova “atıblar”

Kölndə “Azərbaycan Evi” açmaq adı ilə Cavid Qurbanovdan pul alanlar açılış günü yoxa çıxıblar 

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun maliyyə dəstəyi ilə xarici ölkələrdə, xüsusilə azərbaycanlıların kompakt yaşadıqları şəhərlərdə “Azərbaycan Evi” adlı mərkəzlər yaradılaraq soydaşlarımızın istifadəsinə verilir. Növbəti belə bir ev dekabrın 24-də Almaniyanın paytaxtı Berlin şəhərində açılıb.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Fuad Muradov bildirib ki, daha 8 şəhərdə belə evlər açılacaq.

Berlindən sonra onlar Kölnə səfər planlayırlarmış. Lakin məlum olub ki, Kölndə “Azərbaycan Evi” açmaq üçün pul alan adamlar ortada yoxdular. Onlar müxtəlif bəhanələrlə aradan çıxıblar. Fuad Muradov və səfir 3 gün çalışsalar da, nəticə olmayıb. Nə pullar qayıdıb, nə adamlar tapılıb, nə də “Azərbaycan Evi”ndən xəbər çıxıb. Məlumata görə, Muradov məsələni həll etmək üçün bu işə əsas pul yatıran şəxsin yaxınına – Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun bibisi oğluna işi araşdırmağı tapşırıb. O da pulu alıb atanları cəzalandıracağına söz verib. Bizdə olan məlumata görə, hazırda bu məsələ ilə bağlı qarşıdurma davam edir. Bəs Cavid Qurbanov niyə bu “Azərbaycan Evi” məsələsinə qarışır, Almaniya Azərbaycanlıları Alyansının rəhbəri Yaşar Musayevin, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun bu məsələyə aidiyyatı varmı və sair. Bu suallarla bağlı da növbəti məqalələrdə aydınlıq gətirəcəyik.

 

Time TV

leave a reply

MENU