Əli Həsənovun oğlu “Xəzər” TV-dən qovuldu

Sabiq köməkçinin şirkətləri əlindən alınır

Bu gün bir neçə saat öncə “Xəzər” Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri Şamxal Həsənov sahibi olduğu şirkətdən qovalanıb. Bununla bağlı şirkətin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin bir neçə yüksək rütbəli əməkdaşı şirkətə gəlib. Onlar bir saata yaxın Şamxal Həsənovla söhbət ediblər. İşçilər otaqdan səs-küy eşidiblər. Hətta ehtimal var ki, Şamxal Həsənov nələrəsə etiraz etdiyi üçün döyülüb. Mübahisədən sonra Şamxal Həsənov işçilərlə vidalaşmadan sadəcə, artıq şirkət rəhbərliyindən uzaqlaşdırıldığını bildirib və binanı tərk edib. 

Şamxal Həsənov
Şamxal Həsənov

Qeyd edək ki, Şamxal Həsənov bu günlərdə işdən azad edilmiş Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin sabiq müdiri, prezidentin keçmiş köməkçisi Əli Həsənovun oğludur. Əli Həsənov Türkiyədəki Fətulla Gülən olaylarından istifadə edərək “Xəzər” TV-ni ələ keçirmişdi. İndi isə kanalı onun əlindən alıb oğlunu da şirkətdən qovdular. 

 

Time TV

leave a reply

MENU