Bibiheybət yolunda torpaq sürüşməsi olub
Keyfiyyətsiz asfalt dağılıb
Maşın torpaq altda qalıb
İki gündür yağan yağış artıq ilk fəsadlarını verib. Belə ki, Bakının Bibiheybət adlanan ərazisində bu gün səhər torpaq sürüşməsi olub. Asfalt dağılıb. Yol istifadə üçün yararsız hala düşüb.
Time TV-nin ərazidə olan əməkdaşına ətrafda yaşayan sakinlər bildiriblər ki, yol çəkilərkən heç bir dayaq, bərkimə işləri aparılmayıb. Nəticədə iki günlük yağış nəticəsində bu cür vəziyyət yaranıb. Sürüşmə və çökmə isə davam edəcək.
Sürüşmə zamanı Mercedess markalı maşın torpaq altında qalaraq yararsız vəziyyətə düşüb.
“Azərsu” ASC bildirib ki, sürüşmə həmin ərazidən keçən 500 millimetrlik su borusunu da sıradan çıxarıb. Qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
Time TV