Bakıda həbslər

Polis Bakı şəhər İcra Hakimiyyəti qarşısında piket keçirməyə cəhd edən Müsavat Partiyası üzvlərini həbs edib 

 

Bu gün Bakı şəhər İcra Hakimiyyəti önündə aksiya keçirməyi planlaşdıran bir qrup Müsavat Partiyası fəalı saxlanılıb. Saxlanılanlar arasında Müsavat Partiyası başqanı Arif Hacılı və digər partiya funksionerləri də var. Bununla bağlı Müsavat Partiyasının yaydığı məlumatda qeyd olunur ki, Müsavat Partiyasının qərargahına gedən partiyanın başqanı Arif Hacılının maşını DYP tərəfindən saxlanılıb. Arif Hacılı başqa maşınla polisə aparılıb. Onun hara aparıldığı isə dəqiq məlum deyil.
Bu arada Müsavat Partiyasının onlarla üzvü polis idarələrinə və bölmələrinə çağrılıblar.

 

Time TV

  

leave a reply

MENU