Oktyabrın 15-20-si İrakın Kərbəla şəhərinfə Ərbəin ziyarəti deyilən mərasim baş tutub. Müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan da çoxlu inanclı müsəlman ziyarətə gedib. 22 oktyabrda günorta saatlarında azərbaycanlı zəvvarlar geri dönərkən içərisində qadınlar olan avtobusun mühərrikində problem yaranıb. Bu üzdən kifayət qədər isti olan İrak səhrasında qadınlar piyada qalıblar. Həmin yerdən keçən və azərbaycanlı kişilərin olduğu avtobusu saxlayaraq ona minmək istəyən qadınlar sərt reaksiya ilə qarşılaşıblar. Kişilər onları avtobusa qoymayıblar. Deyiblər “Siz naməhrəmsiniz”. Bunu deyib qadınları səhranın ortasında buraxıb yollarına davam ediblər. Həmin qadınlar arasında olan sosial şəbəkə istifadəçisi isə bunu öz səhifəsində yazaraq münasibətdən heyrətləndiyini bildirib.
TİME TV